2008-ci ildə mənzil böhranını qabaqcadan görən Barri, bazarları qarışdıran “Silikon Vadisi Bankı” böhranını şərh edib.

İndex.az xəbər verir ki, ABŞ-da 2008-ci il maliyyə böhranına səbəb olan mənzil böhranını qabaqcadan görən “Scion Asset Management”in qurucusu Mixael Barri, SVB böhranının tez bir zamanda həll edilə biləcəyini söyləyib.

Bazarları qarışdıran “Silikon Vadisi Bankı” böhranını şərh edən Barri mövzu ilə bağlı “Twitter” hesabından etdiyi paylaşımda böhranın tez bir zamanda həll oluna biləcəyini və heç bir real təhlükə görmədiyini bildirib.

Bununla yanaşı Barri “Twitter” hesabında bildirib ki, investorların axmaq riskə getməsinin və uğursuzluğa düçar olmasının səbəbi onların təkəbbürlü və tamahkar olmalarıdır.

Daha əvvəl də bazarlar və iqtisadiyyatla bağlı xəbərdarlıq edən Barri, ABŞ-da inflyasiyanın yenidən yüksələcəyini bildirmişdi.