Yeni il öncəsi bankların bir çoxu öz müştəriləri üçün "Yeni il kampaniyalar"ı təklif edirlər.
İndex.az xəbər verir ki, banklar keçirtdikləri kampaniyalarda əsasən kreditin faizini azaldaraq öz müştərilərinin bayramını təbrik edir.
Bəs bu kampaniyalardan hansı daha çox sərfəlidir?
İndex.az bankların yeni il kampaniyalarını sizə təqdim edir:
Accessbank - 40,000 manatadək olan kreditləri illik 10% ilə təklif edir.
AFB Bank - Yeni il kampaniyası çərçivəsində verilən bütün kreditlərdən komissiya xərci tutulmayacaq.
ABB - 15.12.2023 - 04.01.2024-cü il tarixlərində "TamKart"la edilən hər əməliyyatda öz müştərilərinə 1%-dən 5%-ə qədər keşbek qazandıracaq.
Azər-Türk Bank - 07.10.2023 - 10.01.2024-cü il tarixlərində istehlak kreditləri 11,5% ilə veriləcək.
Bank of Baku - 50,000 manata qədər verilən bütün kreditlərdən komissiya xərci tutulmayacaq.
Bank BTB - Yeni il ərəfəsində bütün kreditlər illik 11,7% ilə veriləcək.
Bank Respublika - Kampaniya çərçivəsində 50,000 manata qədər olan kreditlər illik 10% ilə və komissiya xərci olmadan veriləcək.
Premium Bank - Mobil cihazından "Premium Bank"ın qeydiyyatdan keçmiş "Mastercard"ı ilə NFC ödənişi edən şəxslər "Starbucks"dan venti ölçülü içkilər üçün pulsuz Yeni il kapkeyki qazanacaq.
VTB Bank - Yeni il ərəfəsində pulunu "VTB Bank"a qoyan şəxslərin bankdakı pulu illik 10% artacaq.
Exspressbank - Kampaniya çərçivəsində bütün kreditlər 9,5% ilə veriləcək.
Kapital Bank - Yeni il ərəfəsində kredit götürən şəxslərin ödənişlərinin 100 manatı bank tərəfindən qarşılanacaq.
Yelo Bank - 30 dekabra qədər 50,000 manata qədər olan kreditlər illik 9,9% ilə veriləcək.
Rabitəbank - Kampaniya çərçivəsində 30,000 manata qədər olan kreditlər illik 11,5% ilə veriləcək
Turanbank - "Turanbank" visa kart sahibləri "Wolt" tətbiqində "Google Pay" və ya "Apple Pay" ilə 15 manadan çox ödəniş edərək Yeni il lotereyasında iştirak edib Maldivlərə səyahət, "iPhone" və 500 manata qədər promokodlar qazana bilər.
Unibank - 6 yanvara qədər "Unibank"ın partnyoru olmayan məkanlarda "UCard" ilə ödəniş edənlər ödənişlərini 3 ayadək faizsiz hissələrə bölə biləcək.
Xalq Bank - "Xalq Bank" visa kart sahibləri "Wolt" tətbiqində "Google Pay" və ya "Apple Pay" ilə 15 manadan çox ödəniş edərək Yeni il lotereyasında iştirak edib Maldivlərə səyahət, "iPhone" və 500 manata qədər promokodlar qazana bilər.
Yapı Kredi Azərbaycan - Yeni il ərəfəsində İstehlak kreditləri illik 12% ilə veriləcək.
