Bank Respublika ASC

Keyfiyyətə nəzarət şöbəsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi / Baş mütəxəssisi

Son tarix 12 yan 2025 - 

Təsvir:

  • Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
  • Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
  • Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: Bank sahəsində (İstehlak kreditləri və əməliyyat sahəsi üzrə hüquqi və fiziki şəxslərə xidmət) 2 il iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komanda və insanlar ilə işləmək bacarıqları;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Məsuliyyət və detallara qarşı diqqət.

Məlumat mərkəzi şöbəsinin mütəxəssisi

 Son tarix 30 dek 2024 - 

Təsvir

  • Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
  • Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
  • İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
  • Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.

Tələblər

  • Ali təhsil;
  • Aidiyyati sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr