Bakıda və Abşeron yarımadasında noyabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, yağış yağır.

İndex.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, yağıntılı hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.