Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 220,9 milyon manat olub.
İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə real ifadədə 22 % çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 163,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 74 %-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 % artaraq 371,9 milyon manat olub.
