2025-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63 milyard 823,56 milyon manat təşkil edib.
İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 10,3 % azdır.
Ötən il bağlanmış əqdlərin sayı isə əvvəlki ilə nisbətən 2,4 dəfə azalaraq 29 585 olub.
BFB-nin dövriyyəsinin 79,3 %-i, yaxud 50 milyard 633,099 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 16,9 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 35,8 % artaraq 10 milyard 682,112 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,8 % artaraq 2 milyard 508,349 milyon manat olub.
