Korporativ seqment üzrə satış sekrotunun müdiri
Son tarix 04 sen 2022 -
Vəzifə öhdəlikləri:
- “Aztelekom” MMC tərəfindən korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirdir və bununla gəlirləri artırır;
- Yeni korporativ müştəriləri cəlb edir, məhsulların xüsusiyyətləri barədə ətraflı məlumat verir və və seçimdə dəstək göstərir;
- Xidmət/məhsullarla bağlı təbliğat işlərini aparır;
- Qoyulan hədəflərə çatmaq üçün səlahiyyət çərçivəsində addımlar atır;
- Hesabatlar hazırlayır;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
- Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
- Departamentin digər struktur bölmələri ilə birgə fəaliyyət göstərir;
- Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
Kvalifikasiya üzrə tələblər:
- Ali Təhsilli;
- Satış sahəsində (korporativ satış arzuolunandır) minimum 1 il əmək stajına malik olmalıdır;
- Azərbaycan, Rus dillərini mükəmməl bilməlidır, İngilis dili arzuolunandır;
- Peşəkar ünsiyyət psixologiyasını bilməsi arzuolunandı;
- Stressə davamlı olmalıdır;
- İnsanları inandırmaq vasitələri bilməlidir;
- Müştərini diqqət mərkəzində saxlamalıdır;
- Sürətli templi mühitlərdə çalışmağı bacarmalıdır;
- Marketinq əsasları ilə tanış olmalıdır;
- Kompyuter bilikləri üzrə: MS Office (xüsusi ilə Exel) programlarını mükəmməl bilməlidir;
- Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərinə malik olmalıdır;
- Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
Bacarıqlar:
- İşgüzar yazışma;
- Təşəbbüskar;
- Təqdimat etmə;
- Əməkdaşlıq etmə;
- Mükəmməl yazılı və şifahi ünsiyyət;
- Komandada işləmək;
- Stresə dözümlü;
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İş saatları 09.00-18.00
- Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ seqment üzrə satış sekrorunun aparıcı mütəxəssisi” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
