İyunun 14-də, saat 12:00-da Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İndex.az xəbər verir ki, yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2023-cü il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, dividendlərin elan olunması və ödənilməsi, restruktizasiya və yeni törəmə cəmiyyətlərinin, təsərüffat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər daxildir.
Xatırladaq ki, "AzNar"2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur.
