“AzKredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2024-cü il üçün “Nexia EA” şirkəti tərəfindən aparılan audit hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, “AzKredit” BOKT ötən ili 1,15 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkətin kredit portfeli 2023-ci ilin sonuna nəzərən 2024-cü ilin sonuna artıb.Belə ki, 2024-cü il ərzində şirkət müştərilərə 3,40 milyon manat kredit verib.
Həmçinin ötən ilin sonuna “Azkredit” böyüyərək şirkətin cəmi aktivləri 3,20 milyon manata çatıb. 2023-ci ilin sonuna isə bu rəqəm 2,06 milyon manat təşkil edib. Eyni zamanda cəmi öhdəlikləri 829 min manata çatıb.
2024-cü ilin sonuna BOKT-nin xalis faiz gəlirləri 2 dəfəyədək artaraq 621 min manata çatıb. 2023-ci ilin sonuna şirkətin xalis faiz gəlirləri isə 379 min manat təşkil edib.
Əlavə olaraq qeyd edək ki, “AzKredit” BOKT-nin hesabat dövrünün sonuna işçi heyəti 49 nəfərdən ibarət olub.
Xatırladaq ki, “AzKredit” BOKT 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hal-hazırda nizamnamə kapitalı 600 min manatdır.
“AzKredit”in audit hesabatı ilə tanış olmaq mümkündür.
