Azersun Holding
İnşaat layihə mühəndisi
Son tarix 21 avq 2022 -
Ümumi məlumatlar:
- İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
- Müvafiq sahəyə uyğun ən azı 5 il iş təcrübəsinə sahib olmalı;
- Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
- Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
- Müəllif nəzarəti jurnalının və gizli akt formalarının tərtibi qaydalarını bilməli;
- Hesabatların Lira və ya SAP2000 proqramında aparılamsı qaydasını bilməli;
- AutoCAD, Revit, Tekla və s. proqramları bilməlidir.
İş haqqında məlumat:
- İnşaat layihə sənədlərinin Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarına “СНиП” -ə uyğun olaraq hazırlanması və hazır layihələrin oxunması;
- Dəmir beton, metal konstruksiya, ağac və s. konsrtuksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi;
- Optimal konstruktiv həll variantlarının verilməsi;
- Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
- Geoloji və topoqrafik məlumatların oxunması və layihədə tətbiqi;
- Konsrtuksiya materiallarının layihəyə görə həcminin müəyyən edilməsi;
- Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və təhvil verilməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə ünvanında qeydiyyatdan keçərək müraciət edə və ya CV–lərini elektron ünvanına mövzu hissəsinə “İnşaat layihə mühəndisi” qeyd edərək göndərə bilərlər.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı və bölgələr
Büdcə Planlama üzrə Mütəxəssis (Al Marketlər)
Son tarix 21 avq 2022 -
Tələblər:
- Maliyyə/mühasibatlıq təhsili olmalı;
- MUBS təcrübəsi/bilməsi arzu olunandır;
- Mövcud sahədə ən azı 3 illik təcrübəyə malik olmalıdır;
- ERP təcrübəsi SAP arzu olunandır;
- BPC proqramında işləmək təcrübəsi üstünlükdür.
İş haqqında məlumat:
- Gündəlik satış fəaliyyət hesabatlarının Power BI sistemində yenilənməsini təmin etmək;
- Aylıq büdcə gerçəkləşmə hesabatlarının hazırlanıb müvafiq şöbələrə yönləndirilməsi;
- Hesabatların hazırlana bilməsi üçün BPC proqramında mağazalara əlaqəli məlumatların daxil edilməsi;
- Büdcə rəqəmlərinin daxil edilə bilməsi üçün giriş ekranlarının yoxlanılması və test edilməsi;
- BPC proqramına büdcə rəqmələrinin girilməsi üçün müəssisə xərc mərkəzləri, hesablar və digər ölçmə meyarlarının (ölçülərinin) proqrama əlavə edilməsi və hazır hala gətirilməsi;
- BPC proqramına büdcə məlumatlarının daxil edilməsi və ya büdcə sahiblərinə məlumatların daxil edilməsində köməklik göstərmək;
- Hesabatların hazırlanması zamanı baş verən xətalar və ya uyğunsuzluğun aradan qaldırılması üçün əlaqəli şöbələr və ya xidmət göstərən təşkilatlarla əlaqə yaratmaq, nasazlığı, problemi bildirmək və aradan qaldırıldıqdan sonra test etmək;
- Rəhbərliyin tapşırıqlarına və büdcə şöbəsinə tapşırılmış işlərdə iştirak etmək köməklik göstərmək.
Tələblərə cavab verdiyiniz təqdirdə ünvanında qeydiyyatdan keçərək müraciət edə və ya CV-nizi elektron poçtuna göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketlər - Büdcə Planlama üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı ş.
Direktor köməkçisi
Son tarix 21 avq 2022 -
Tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə 1-3 il təcrübə;
- Rus/İngilis dillərini yaxşı səviyyədə bilməli;
- Ofis proqramlarını bilməli;
- Ezamiyyətlərə gedə bilməli.
İş haqqında məlumat:
- Sənədləşmə və yazışma işlərinin həyata keçirilməsi;
- Toplantı qeydlərinin aparlmasi;
- Birlikdə işlədiyi rəhbərin gündəlik iş görüşmələri, randevularının tənzimlənməsi;
- Müxtəlif növ hesabatların hazırlanması.
Tələblərə cavab verdiyiniz təqdirdə ünvanında qeydiyyatdan keçərək müraciət edə və ya CV-nizi “Direktor köməkçisi” qeyd edərək elektron poçtuna göndərə bilərsiniz.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı ş.
Logistika üzrə icraçı mütəxəssis (Qubadlı)
Son tarix 21 avq 2022 -
Ümumi məlumatlar:
- Logistika, iqtisadiyyat və planlama sahələri üzrə ali təhsil;
- Namizəd 22-30 yaş arlığında olmalı;
- Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
- Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcəkdir;
- MS Office (xüsusilə, Excel, Outlook) proqramlarını bilməlidir.
İş haqqında məlumat:
- Yükləmə prosedurlarına riayət edilməsi və tətbiqi;
- Nəqliyyat vasitələrinin (vaqon, avtomobil, təyyarə, konteynerlərin) vaxtında təmin edilməsi və yüklənərək yola salınması;
- Müştərilərə uyğun müvafiq sifarişlərin hazırlanması və yayımlanması;
- Yükləmə və gömrük sənədlərinin yoxlanılması;
- Həftəlik hesabatların hazırlanması;
- Əməkdaşlıq edilən müəssisələrlə mütəmadi olaraq əlaqələrin saxlanılması;
- Sifarişlərin hazırlanması;
- Yükləmələr barədə məlumatların sistemə daxil edilməsi;
- Sistemdən gündəlik nəqliyyat hesabatlarının çıxarılması ve hazırlanması.
Tələblərə cavab verdiyiniz təqdirdə ünvanında qeydiyyatdan keçərək müraciət edə və ya CV–lərini elektron ünvanına mövzu hissəsinə “Logistika üzrə icraçı mütəxəssis (Qubadlı)” qeyd edərək göndərə bilərlər.
İş şərtləri: Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri: Qubadlı
Marketinq satınalmaları üzrə mütəxəssis
Son tarix 21 avq 2022 -
Tələblər:
- Müvafiq sahələrdə ali təhsili olmalı;
- Satınalma sahəsində ən azı 1-3 illik iş təcrübəsi olmalı;
- Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
- Excell biliyi yaxşı səviyyədə olmalı;
- Analiz etmə bacarığına sahib olmalı;
İş Tanımı:
- Satınalma işinin təşkil edilməsi;
- Marketinq tələblərinin (reklam, reklam film çəkimləri, hədiyyələr, tədbirlərin təşkili) şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınmasının və tədarükünün təşkil edilməsi;
- Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
- Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi;
- Alınan məhsulların logistika fəaliyyətlərinin tənzimlənməsi;
- Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;
Tələblərə cavab verdiyiniz təqdirdə ünvanında qeydiyyatdan keçərək müraciət edə və ya CV-nizi elektron poçtuna göndərə bilərsiniz. (mövzu hissəsində vəzifənin adı “Marketinq satınalmaları üzrə mütəxəssis” qeyd olunmalıdır)
İş şərtləri: Həftə içi 5 gün
İş yeri: Bakı şəhəri
