Bu ilin yanvar-aprel aylarında “Azərenerji” ASC 1,8 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 45,5 milyon ABŞ dolları və yaxud 26,3 dəfə azdır.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
