Bu ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.7milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 36.4milyon manata bərabər olub.
İndex.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 25,2% və ya 24,3 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 0,3% və ya 0,1 milyon manat azalıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.
