Bu ilin ilk 7 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 767 mənzil satın alıblar.

İndex.az Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 65 mənzil alıblar.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyul ayında Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin azalıb. Belə ki, 2021-ci ilin iyul ayında azərbaycanlılar Türkiyədən 127 mənzil alıblar.

Onu da bildirək ki, son ildə 8 ildə Azərbaycan vətəndaçları Türkiyədn 8 min 373 mənzil alıblar:

İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021 1517
2022

Yanvar-İyul

767
Cəmi 8 373

 

Qeyd edək ki, bu ilin ilk 7 ayı ərzində Türkiyədədən ən çox Rusiya (6 min 877 mənzil), İran (5 min 315 mənzil), İraq (4 min 405 mənzil), Qazaxıstan (1 607 mənzil) və Almaniya (1 577 mənzil) vətəndaşları ev alıb.