2024-cü ildə “Azərbaycan Kredit Bürosu” MMC (AKB) təsisçilərinə 7,6 milyon manat dividend ödəyib.

İndex.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir. Beləliklə, ötən il hər bank 450 min manat dividend alıb.