Azərbaycan Dəmir Yolları

İnstitusional islahatların idarə edilməsi üzrə aparıcı mütəxəssis

Son tarix 13 sen 2022 - 

İşin təsviri:

  • Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
  • Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
  • Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi; Layihə üzrə zəruri sənədləşmə işlərinin təşkil edilməsi;
  • Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
  • Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
  • "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə ADY-nin təmsil edilməsi və onların işində iştirak edilməsi;
  • Təqdimatların hazırlanması.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • İdarəetmə, lahiyələrin idarə olunması üzrə bakalavr təhsil;
  • Layihələrin idarə olunması prosesləri üzrə biliklər;
  • PMP/PMI-ACP sertifikatları və magistr təhsili arzuolunandır;
  • Microsoft Office proqramlarında yaxşı işləmə bacarıqları;
  • Rus dili üzrə yaxşı,azərbaycan və ingilis dilləri üzrə əla səviyyədə bilik;
  • Yüksək motivasiya, keyfiyyətyönümlülük;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • Problem həlletmə və yüksək analitik düşüncə;
  • Təşəbbüskarlıq və komanda işi;
  • Uyğun sahələrdə minimum 2 illik peşəkar təcrübə.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.