Bu ilin yanvar ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında qeyd edilir.

Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 1 milyon 53 min ABŞ dolları və ya 5,3 dəfə çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında AZAL-ın ixrac gəlirləri 247 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.