Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) mart ayından Novruz bayramı ərəfəsindən etibarən Avropaya yerinə yetirilən uçuşların tezliyini artırır.

Index.az AZAL-a istinadən xəbər verir ki, biletləri indi əldə edin və Avropanın maraqlı şəhərlərinə səyahət etmək imkanını qaçırmayın.

Belə ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:

- Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (14 martdan).

- Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (16 martdan).

- Praqa: bazar ertəsi, cümə, şənbə günləri (16 martdan).

- Paris: çərşənbə axşamı, cümə, bazar günləri (17–29 mart), çərşənbə axşamı, cümə axşamı, cümə, bazar günləri (31 martdan).

- Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (17 martdan).

- London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri (14 martdan).

- London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (17 martdan).

Aviabiletləri rəsmi saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.