Azerbaijan Airlines

Loyallıq İdarəsi/Əməliyyatlar Şöbəsi/Aparıcı Mütəxəssis

Son tarix 04 iyl 2025 - 

Təsvir

  • Müştərilərdən daxil olan bütün növ sorğuların cavablandırılması və icrasının təmin edilməsi;
  • Biznesin inkişafı şöbəsi ilə birlikdə araşdırma ssenarilərinin hazırlanması və texniki-biznes tələblərə uyğunluğunun təmin edilməsi;
  • Zəng mərkəzi və sosial media marketing üzərindən loyallıq proqramı xidmətlərinin keyfiyyətinə nəzarət;
  • “Azal Miles” proqramı üzrə sərnişinlərə telefon və e-mail vasitəsilə ətraflı məlumatın çatdırılması;
  • Əməkdaş aviaşirkətlərlə səyahət edən müştərilərin AZAL uçuşlarına cəlb olunması üçün təşviqat;
  • Balların vaxtında və düzgün əlavə olunmasının təmin edilməsi;
  • Banklar və digər tərəfdaşlarla olan müqavilələrə əsasən balların hesablanması və mühasibatlığa təqdim edilməsi;
  • Amadeus sistemində “Azal Miles” proqramı iştirakçılarının uçuşlarının yoxlanılması;
  • Proqramın inkişafı üçün yeni tərəfdaşlıqların qurulması və təkliflərin hazırlanaraq rəhbərliyə təqdim olunması.

Tələblər

  • Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
  • Müştəri təcrübələri üzrə sertifikatlar üstünlükdür;
  • İş təcrübəsi: minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – əla, İngilis dili – orta;
  • Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
  • Amadeus sistemində işləmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Danışıqlar aparmaq və təqdimat etmək bacarığı;
  • Qərarvermə və problem həll etmə bacarığı;
  • Öyrənmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Uçuşları İstehsalı İdarəsi/Mütəxəssis

 Son tarix 03 iyl 2025 - 

Təsvir

  • Uçuş heyətləri və təyyarə bələdçilərinin sənədlərinin proqrama yerləşdirilməsi;
  • İşə qəbul olunan əcnəbi vətəndaşlığı olan uçuş heyətlərinin sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi;
  • Rəhbər sənədlərdə edilən dəyişikliklərin Q-Pulse və Meridian proqramları vasitəsilə SMS yolu ilə uçuş heyətlərinə göndərilməsi;
  • Uçuş heyətləri və təyyarə bələdçilərinin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
  • Ezamiyyət və xəstəlik vərəqələrinin sistemdə qeydiyyata alınması;
  • Uçuş heyətlərinin uçuş sənədlərinin (xidməti pasportlar, vizalar, tibbi sertifikatlar, pilot şəhadətnamələri, buraxılış vəsiqələri və s.) bitmə tarixlərinə nəzarət edilməsi və bu barədə rəhbərliyə hesabatların hazırlanması;
  • Pilotlar üçün CAT I, II və III kateqoriyaları üzrə DMAA-ya rəsmi məktubların hazırlanaraq göndərilməsi.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə;
  • Proqram bilikləri: Microsoft Office proqramları;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ünsiyyət bacarıqları;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • İşə uyğunlaşma qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.