Avstraliya Ehtiyat Bankının uçot dərəcələrini 4,10% səviyyəsində sabit saxlamaq qərarından sonra Asiya-Sakit Okean bazarları qarışıb.
İndex.az xəbər verir ki, Avstraliyanın “S&P/ASX 200” indeksi 0,4% yüksəlib.
Yaponiyanın “Nikkei 225” indeksi 1,08%, “Topix” indeksi isə 0,71% ucuzlaşıb.
Cənubi Koreyada “Kospi” 0,26%, “Kosdaq” isə 0,49% dəyər itirib.
Çində “Şanxay Kompozit” indeksi 0,2%, Şenzen Komponent” indeksi isə 0,19% ucuzlaşıb.
Honkonqun “Hang Seng” indeksi 0,22% bahalaşıb.
