Avstraliyada inflyasiya 2022-ci ilin dördüncü rübündə qeydə alının son 33 ilin ən yüksək səviyyəsinə (7,8%) nəzərən yavaşlayıb.

İndex.az xəbər verir ki, Avstraliyada inflyasiyanın səviyyəsi ardıcıl olaraq ikinci rübdə 6%-ə enib.

Bazar gözləntisi, əvvəlki dövrdə 7% olan inflyasiyanın 6,2%-ə enəcəyi idi.

Avstraliya Statistika Bürosu (ABS) tərəfindən açıqlanan məlumatlara görə, sığorta və maliyyə xidmətləri, qida, əyləncə və mədəni fəaliyyətlərin qiymətləri ikinci rübdə ən böyük artımlar göstərib.