Oktyabr ayında Avstraliyada inflyasiya gözləniləndən çox azalıb.

İndex.az xəbər verir ki, Avstraliyanın istehlak qiymətləri indeksi 2022-ci ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayına kimi 4,9% artıb.

İqtisadçılar bu artımın 5,2% olacağını proqnozlaşdırmışdılar.

Ümumi inflyasiya 2022-ci ilin yanvar ayından bəri ən aşağı səviyyəyə enərək 4,8% təşkil edib.

Avstraliya Statistika Bürosunun (ABS) açıqladığı məlumatlara görə, ən çox qiymət artımı mənzil, qida və alkoqolsuz içkilər, eləcə də nəqliyyatda baş verib.