Avstraliya iqtisadiyyatının inkişafı 2023-cü ilin ikinci rübündə gözləntiləri üstələyib.
İndex.az xəbər verir ki, Avstraliya iqtisadiyyatı 2023-cü ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artıb.
İqtisadçıların gözləntisi artımın 1,8% olacağı idi.
Rüblük əsasda ÜDM ardıcıl yeddinci rübdə də 0,4% artıb.
