Son iki iclasında faiz artımı gözləməyən bazarları təəccübləndirərək uçot dərəcələrini yüksəldən Avstraliya Ehtiyat Bankı (RBA), bu dəfə analitiklərin faiz artımı proqnozlarına baxmayaraq, uçot dərəcəsini dəyişməyib.

İndex.az xəbər verir ki, RBA-nın verdiyi açıqlamaya görə, Avstraliyada uçot dərəcəsi 4,10% səviyyəsində saxlanılıb.

Analitiklər 25 baz bəndlik faiz artımını gözləyirdilər.

Açıqlamada bildirilir ki, uçot dərəcələrinin bu ay sabit saxlanılması qərarı Pul Siyasəti Komitəsinə iqtisadiyyatın vəziyyətini, iqtisadi perspektivləri və bununla bağlı riskləri qiymətləndirmək üçün daha çox vaxt verəcək.

Qeyd edək ki, RBA aprel iclasına qədər ard-arda 10 iclasda faiz artımını dayandırıb may və iyun iclaslarında təəccüblü şəkildə yenidən artırmışdı.