"Avrozona"dakı şirkətlərin kredit tələbi 2023-cü ilin ikinci rübündə rekord səviyyədə aşağı düşüb.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) dərc etdiyi bank kredit sorğusuna görə, "Avrozona"dakı şirkətlərin kredit tələbi cari ilin ikinci rübündə rekord səviyyədə azalıb.

İlk dəfə 2003-cü ildə həyata keçirilən və rüblük təkrarlanan sorğu, AMB-nin yüksək inflyasiya ilə mübarizədə həyata keçirdiyi siyasətlərin kreditlərə necə təsir etdiyinə dair mövcud mənzərəni təqdim etməklə tanınır.