"Avrozona"da özəl sektorun fəaliyyəti iyul ayında gözləniləndən çox azalıb.

İndex.az xəbər verir ki, "S&P Global" məlumatlarına görə, "Kompozit PMI" indeksi ikinci ayda da enişini davam etdirərək 48,9-a düşüb.

Bu, noyabr ayından bəri ən aşağı səviyyə idi.

İqtisadçıların gözləntisi isə 49,6 olub.

Bölgə üçün "İstehsal PMI" indeksi 43,4-dən 42,7-ə düşüb.

Gözlənti isə 43,5 idi.