"S&P Global", "Avrozona"da "İstehsalat Sənayesi Satınalma Menecerləri İndeksi"nin (PMI) iyun ayı üzrə yekun məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, "Avrozona"da istehsal sektorunun fəaliyyəti iyun ayında da azalaraq 43,4-ə enib.

Avropa Mərkəzi Bankının (AMB) ardıcıl sərtləşdirmə addımları və Böyük Britaniyada iqtisadi perspektivdə optimizm gözləntilərinin azalması səbəbindən "Avrozona"da istehsal sektorunda aktivlik gözləniləndən daha çox azalıb.

Qeyd edək ki, "Avrozona"da İstehsal sektoru aktivliyinin 43,6 olaraq açıqlanacağı gözlənilirdi.

PMI məlumatlarında, 50 baldan yuxarı göstərici artımə, 50 baldan aşağı göstərici azalmanı göstərir.