"Avrozonada" iqtisadi sürət iyun ayında dayanıb.

İndex.az xəbər verir ki, "S&P Composite" PMI indeksi son beş ayın ən aşağı nöqtəsinə ensə də, ekspertlər ilin ikinci yarısının ittifaq üçün çətin ola biləcəyi barədə xəbərdarlıq ediblər.

İqtisadçıların fikrincə, "Avrozona"da iqtisadi sürətin iyun ayında dayanması, ittifaqın qış aylarındakı böhrandan bəri bərpasının sona çatdığını göstərir.

Qeyd edək ki, "S&P Global" tərəfindən tərtib edilən "Satınalma Menecerləri İndeksi" analitiklərin may ayında cüzi azalma ilə bağlı proqnozlarını yanıldaraq, 50.3-lə son beş ayın ən aşağı səviyyəsinə enib.