Avropa Statistika İdarəsi (Eurostat) "Avrozona"nın 2023-cü ilin birinci rübündə artım templəri ilə bağlı son məlumatı açıqlayıb.

İndex.az xəbər verir ki, "Avrozona" üçün birinci rübün ümumi daxili məhsulu (ÜDM) dəyişikliyi mənfi 0,1%-dən 0%-ə endirilib.

Bu isə, "Avrozona"nın tənəzzülə girmədiyini göstərir.

"Eurostat"ın saytında yenilənmiş rəqəmlərə görə, "Avrozona" iqtisadiyyatı 2022-ci ilin son rübündəki kiçilmədən sonra bu ilin birinci rübündə dəyişməz qalıb.