İyul ayında "Avrozona"da inflyasiya azalsa da, artım məlumatları iqtisadi aktivliyin bərpa olunduğunu göstərir.

İndex.az xəbər verir ki, "Eurostat" məlumatlarına görə, "Avrozona" iqtisadiyyatı ilin ikinci rübündə ötən rüblə müqayisədə 0,3% artıb.

İqtisadiyyatçıların gözləntisi 0,2%-lik artım idi.

İstehlak qiymətləri indeksi iyul ayında illik bazda 5,5%-dən 5,3%-ə geriləyib.

Əsas inflyasiya aylıq 0,1% azalsa da, illik bazda 5,5% səviyyəsində dəyişməz qalıb.