Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) avqust ayı üçün Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, Aİ ölkələrində elektriklə işləyən avtomobillərin avqust ayında ümumi satışdakı payı ilk dəfə olaraq 20%-i ötüb.
Məlumatlara görə, Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 787 min 626-ya çatıb.
2023-cü ilin yanvar-avqust aylarında Aİ-yə üzv dövlətlərdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı keçən ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 7 milyon 78 min 464 olub.
Avqust ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 32,7%-i benzin, 23,9%-i hibrid, 21%-i tam elektrik, 12,5%-i dizel, 7,4%-i plug-in hibrid, 5%-i isə digər yanacaqlardan ibarət olub.
