Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Fransa Mərkəzi Bankının prezidenti Fransua Villeroy bir sıra açıqlamaları ilə gündəmə gəlib.
İndex.az xəbər verir ki, Fransua Villeroy, AMB-nin növbəti iclas üçün seçimlərini açıq saxladığını, lakin Avropada faiz artımı dövrünün sonuna yaxınlaşdığını bildirib:
"Növbəti görüşlərdə olduğu kimi, bu görüşdə də seçimlərimiz açıqdır. Biz uçot dərəcələrinin pik nöqtəsinə çox yaxınıq. Lakin hələ də uçot dərəcələrini aşağı salmaq nöqtəsindən uzağıq".
AMB üzvləri tarixi sərtləşdirmə dövrü başladığından bəri ilk dəfə olaraq, iqtisadiyyatdakı son zəifləmələrin uçot dərəcələrini sabit saxlamaq üçün yetərli olub-olmadığına qərar vermək məqsədi ilə sentyabrın 14-də görüşəcəklər.
