Avropa İstehlakçılar Birliyi "Facebook" və "Instagram"ın sahibi "Meta"nın reklamsız ödənişli abunə xidmətinə görə şikayət edib.

İndex.az xəbər verir ki, "Meta" Aİ-dəki xidmətlərində "Facebook" və "Instagram" istifadəçilərinin məlumatlarının reklam məqsədi ilə şirkət tərəfindən emal edilməsinə icazə verməsini və ya reklamsız xidmət üçün ödəniş etməsini tələb edən dəyişikliklər həyata keçirib.

Açıqlamada bu vəziyyətin istifadəçilər üçün ədalətsiz seçim mənasına gəldiyinə diqqət çəkilərək, "Meta"nın Aİ-də istehlakçı qanunlarına zidd hərəkət etdiyi və ödəniş tətbiqinin dayandırılması lazım olduğu bildirilib.

Avropa İstehlakçılar Birliyi və üzvlərinin "Meta"nı müxtəlif yollarla ədalətsiz ticarət əməliyyatları həyata keçirdiyi səbəbiylə istehlakçıların müdafiəsi orqanları şəbəkəsinə bildirdiyi və "Meta"nın Aİ-də məlumatların qorunması qanununu pozub-pozmadığının da araşdırıldığı ifadə edildi.