Avropa Mərkəzi Bankının (AMB) sorğusuna əsasən, birinci rübdə "Avro Bölgəsi"ndə kredit standartları xeyli sərtləşib.

İndex.az xəbər verir ki, yaşanan sərtləşmənin AMB-nin faiz qərarına təsir edəcəyi gözlənilir.

Artan borclanma xərcləri və maliyyə sektorunu bürüyən böhrandan sonra bankların AMB-yə faiz artımının sürətini yavaşlatması üçün çağırışlardan sonra "Avro Bölgəsi"ndəki banklar kreditləri gözlənildiyindən daha çox azaldıblar.