"Avro Bölgəsi"ndə istehsal sektorunun fəaliyyəti ötən ay da azalmağa davam edib.
İndex.az xəbər verir ki, "Avro Bölgəsi"ndə "S&P Global"ın tərtib etdiyi "İstehsal Qiymətlər İndeksi" (İQİ) aprel ayında 47,3-dən 45,8-ə düşüb.
50-dən aşağı dəyər sektorda azalmanın kəskinləşdiyini göstərir.
Beləliklə, indeksdə azalma ardıcıl 10-cu ayda da davam edib.
Almaniyada İQİ gözləntisi nəhayət 44-dən 44.5-ə yüksəldilib.
Zəif tələb şərtləri fonunda indeks 2020-ci ilin may ayından bəri ən aşağı səviyyədədir.
İQİ gözləntiləri İtaliyada 51,1-dən 46,8-ə və İspaniyada 51,3-dən 49-a düşürülərkən, Fransada 45,5-dən 45,6-ya yüksəldilib.
