"Avro Bölgəsi"ndə əsas inflyasiya xidmət qiymətləri və enerji qiymətlərindəki mənfi baza təsiri səbəbindən yüksəlib.
İndex.az xəbər verir ki, aprel ayında "Avro Bölgəsi"ndə əsas inflyasiya sürətlənsə də, baza inflyasiyası son 10 ayda ilk dəfə azalıb.
Baza inflyasiyanın aşağı düşməsi isə Avropa Milli Bankının faiz artım tempini aşağı salmaq şansını gücləndirib.
"Eurostat" məlumatlarına görə, əsas inflyasiya illik 6,9%-dən 7%-ə yüksələrək, 2%-lik hədəfdən xeyli yuxarı qalxıb.
Qeyd edək ki, gözlənti 6,9% idi.
