Avropa Statistika İdarəsi (Eurostat) "Avro Bölgəsi"nin 2023-cü ilin birinci rübündə artım templəri ilə bağlı aparıcı məlumatları dərc edib.

İndex.az xəbər verir ki, "Avro Bölgəsi"nin iqtisadiyyatı birinci rübdə 0,1% artaraq, orta proqnozdan 0,2% aşağı olub.

Buna görə, 20 üzvü olan "Avro Bölgəsi"ndə mövsümi təsirlərdən təmizlənmiş ÜDM birinci rübdə 0,1% artıb.

Qeyd edək ki, iqtisadçıların gözləntiləri artımın 0,2% olacağı idi.

Beləliklə, inflyasiya hələ də təhlükə olaraq qalsa da, "Avro Bölgəsi" 2023-cü ilin əvvəlində artaraq tənəzzüldən yayınmağı bacardı.