Böyük texnoloji şirkətlərin qazanclarının Wall Street-i dəstəkləməsi Asiya bazarlarına müsbət təsir edib.

İndex.az xəbər verir ki, Yaponiya bazarlarında "Nikkei 225" 0,49%, "Topix" isə 0,55% bahalaşıb.

Avstraliyada "S&P/ASX 200" indeksi 0.13% bahalaşaraq artan indekslər sırasında yer alıb.

Cənubi Koreyada "Kospi" indeksi 0,13% faiz bahalaşsa da, "Kosdaq" indeksi 0,8% ucuzlaşıb.

Honkonqun "Hang Seng" indeksi 0,77%, "Hang Seng Tech" indeksi isə 1,41% bahalaşıb.

Çin bazarlarıda bahalaşanlar sırasındadır.

Belə ki, Çində "Şenzen Komponent" indeksi 0,8%, "Şanxay Kompozit" indeksi isə 0,67% dəyər qazanıb.