Çində fabrik fəaliyyəti məlumatları ardıcıl dördüncü ayda da 50 bəndlik göstəricidən aşağı olduğu üçün Asiya bazarları bahalaşıb.

İndex.az xəbər verir ki, Honkonqun "Hang Seng" indeksi 1,71%-dən çox, "Hang Seng Tech" indeksi isə 4,84% artım göstərib.

Çində "Şanxay Kompozit" indeksi 1,27%, "Şenzen Komponent" indeksi isə 1,16% artıb.

Yaponiyanın "Nikkei 225" indeksi 1,83%, "Topix" indeksi isə 1,52% qazanc əldə edib.

Cənubi Koreyada "Kospi" 0,88%, "Kosdaq" isə 1,86% bahalaşıb.

Avstraliyanın "S&P/ASX 200" indeksi 0,1% yüksəlib.