Asiya bazarları FED-in faiz qərarından əvvəl ciddi şəkildə ucuzlaşıb.
İndex.az xəbər verir ki, Yaponiyada "Nikkei 225" 0,16%, "Topix" isə 0,18% dəyər itirib.
Cənubi Koreyanın "Kospi" indeksi 0,97%, "Kosdaq" indeksi isə 0,24% ucuzlaşıb.
Honkonqun "Hang Seng" indeksi 0,56% azalıb.
Çində "Şanxay Kompozit" indeksi cüzi azalıb, "Şenzen Komponent" indeksi isə 0,31% itirib.
Avstraliyada isə əksinə olaraq "S&P/ASX 200" indeksi 0,64% bahalaşıb.
