İnvestorların FED qərarını gözləməsi Asiya-Sakit Okean bazarlarını ucuzlaşdırıb.
İndex.az xəbər verir ki, Honkonqun "Hang Seng" indeksi 1,28%, "Hang Seng Tech" indeksi isə 1,83% azalıb.
Avstraliyada "S&P/ASX 200" indeksi 1,07% ucuzlaşarkən, Yaponiya və Çin bazarları tətil üçün bağlı qalıb.
Cənubi Koreyanın "Kospi" indeksi 0,75%, "Kosdaq" indeksi isə 0,63% ucuzlaşıb.
ABŞ-da bankçılıq qorxuları yenidən "Wall Street"i bürüdünüyndən hər üç əsas indeks ucuzlaşmağa davam edib.
