Çin iqtisadiyyatı gözləntilərin altında artığına görə Asiya səhimləri ucuzşalmağa başlayıb
İndex.az xəbər verir ki, Çin iqtisadiyyatının ikinci rübdə cəmi 6,3% artması Asiya səhimlərinə mənfi təsir edib..
Belə ki, Çində "Şanxay Kompozit" indeksi 1,05%, "Şenzen Komponent" indeksi isə 0,45% ucuzlaşıb.
Avstraliyada "S&P/ASX 200" indeksi də ucuzlaşanlar sırasındadır.
Cənubi Koreyanın "Kospi" indeksi 0,12% ucuzlaşarkən "Kosdaq" indeksi iyun ayı üzrə ticarət rəqəmlərinin açıqlanmasından əvvəl 0,11% yüksəlib.
Yaponiya bazarları Dəniz Günü üçün bağlı olub.
