Asiya səhmləri ABŞ inflyasiya məlumatlarından sonra yüksəlir.
İndex.az xəbər verir ki, Asiya-Sakit Okean bazarları ABŞ-da iyun üzrə inflyasiyasının 3%-ə enməsindən sonra yüksəlişə keçib.
Belə ki, Honkonqun "Hang Seng" indeksi 2,15% "Hang Seng Tech" indeksi isə 3%-dən çox artıb.
Çində "Şanxay Kompozit" indeksi 0,66% və "Şenzen Komponent" indeksi isə 1,07% bahalaşıb.
Cənubi Koreyada "Kospi" 0,95%, "Kosdaq" isə 1,54% yüksəlib.
Avstraliyada "S&P/ASX 200" 1,35%, Yaponiyada "Nikkei 225" 1,24%, "Topix" isə 0,91% bahalaşıb.
