Əmək Günündən sonra geri dönən Asiya-Sakit Okean bazarları qarışıb.

İndex.az xəbər verir ki, Avstraliyanın "S&P/ASX 200" indeksi maliyyə səhmlərinin mərkəzi bankın qərarı ərəfəsində itkilərə səbəb olmasına görə 0,17% ucuzlaşıb.

Yaponiyanın "Nikkei 225" indeksi marjinal, "Topix" isə 0,35% dəyər itirib.

Cənubi Koreyanın "Kospi" indeksi ölkədə inflyasiya səviyyəsinin 3,7%-ə enməsi ilə 0,6% bahalaşıb ki, bu da son 14 ayın ən aşağı səviyyəsidir. "Kosdaq" isə 1,34% yüksəlib.

Honkonqun "Hang Seng" indeksi 0,1%, "Hang Seng Tech" indeksi isə 0,25% artıb.

Çərşənbə axşamı Çin bazarları tətil üçün bağlı idi.

"JPMorgan Chase", "First Republic Bank"ı ələ keçirdiyi üçün ABŞ-da səhmlər bir gecədə ucuzlaşıb.

Razılaşma FED-in faiz qərarları ilə bağlı iclasından əvvəl "Wall Street" üçün həlledici bir həftəyə təsadüf edib.

"Dow Jones Industrial Average" 0,14%, "S&P 500" 0,04%, "Nasdaq Composite" isə 0,11% ucuzlaşıb.