"S&P Global" tərəfindən tərtib edilən "Caixin" özəl sorğusuna əsasən, Çinin fabrik fəaliyyətinin iyul ayında zəifləməsi Asiya bazarlarını qarışdırıb.
İndex.az xəbər verir ki, Honkonqun "Hang Seng" indeksi 0.63% artadığı halda, Çində "Şanxay Kompozit" indeksi cüzi, "Şenzen Komponent" indeksi isə 0,1% azalıb.
Avstraliyada "S&P/ASX 200" 0,25% bahalaşıb.
Yaponiyanın "Nikkei 225" indeksi 0,45%, "Topix" indeksi isə 0,39% artıb.
Digər tərəfdən Cənubi Koreyanın "Kospi" indeksi 1,13%, "Kosdaq" isə 1,19% bahalaşıb.
