Araz Supermarket
Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi
Son tarix 27 okt 2022 -
Tələblər:
- Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası);
- İş təcrübəsi: Qida zəncirinə daxil olan məhsulların keyfiyyətinə və qida təhlükəsizliyinə nəzarət sahəsində ən azı 2 il təcrübə;
- MS Office proqramları;
- Dil bilikləri:Azərbaycan dili əla (ingilis dili üstünlükdür);
- Texniki/Funksional bacarıqlar: İSO 9001, İSO 22000 və digər tələb olunan Beynəlxalq standartlar üzrə nəzəri biliklərə və sertifikatlara sahib olmalı. Müvafiq Beynəlxalq Standartlar üzrə daxili auditor sertifikatına sahib olmaq;
- Ünsiyyətcil, operativ,təşəbbüskar,komanda ruhlu və işin düzgün planlanması.
Vəzifə öhdəlikləri:
- Anbarlara qəbul edilən qida və qeyri qida məhsullarının giriş nəzarətini həyata keçirmək; nümunələr götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək,laborator analizin aparılması üçün ( plana uyğun) nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;
- Keyfiyyət və təhlükəsizlik planına uyğun anbarın yoxlanılmasını həyata keçirmək, müvafiq qeydləri aparmaq;
- Qəbul edilən məhsulların və onların markalamasının müşayətedici keyfiyyət sənədlərinə uyğunluğunu yoxlamaq;
- Məhsulların düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət etmək;
- Yararsız məhsul aşkar edildikdə aklaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək;
- Aparılan dezinfeksiya, dezinseksiya və deratizasiya işinə nəzarət etmək;
- İadə prosesinə periodik olaraq nəzarət etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
- MS Office proqramları;
- Dil bilikləri:Azərbaycan dili (ingilis dili üstünlükdür);
- Ünsiyyətcil, operativ,təşəbbüskar,komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının müalicə və əməliyyat olunacaq tibb müəssislərinin təyini, xidmət keyfiyyətinin və yarana biləcək büdcənin müəyyən edilməsi üçün bazar araşdırması etmək və rəhbərliyə təkliflər bildirmək;
- Əməkdaşlara tibbi dəstək göstərilməsi üçün müvafiq tibb müəssisələr ilə danışıqlar aparmaq;
- Şirkət əməkdaşlarına şirkətin müvafiq təlimat və prosedurlarına əsasən tibbi dəstəyin göstərilməsini təmin etmək;
- Şirkət əməkdaşlarının tibb barədə müraciətlərini qəbul etmək və ilkin müayinədən keçirmək;
- Tibbi dəstək müraciətlərinin şirkətin müvafiq prosedur və təlimatına uyğun olmasını araşdırmaq;
- Əməkdaşlara tibbi dəstək göstərildikdən sonra xəstəxana ilə müalicə prosesinin yekunlaşmasının nəzarət edilməsini təmin etmək;
- Tibbi xərclərin illik büdcəsinin proqnozlaşdırılmasında və rəhbərliyə təqdim edilməsində iştirak etmək;
- Şirkət əməkdaşları tərəfindən daxil olan müraciətləri qəbul etmək və müvafiq geridönüşlər etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tibbi koordinator” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.
