"Apple"in yeni süni intellekti fotoşəkillərin redaktəsində yeni inqilab edir.
İndex.az xəbər verir ki, "Apple" istifadəçilərin təbii dil təlimatlarına əsasən şəkilləri redaktə edə bilən MGIE və ya "MLLM-Guided Image Editing" adlı yeni süni intellekt modelini buraxıb.
MGIE sadə və daha mürəkkəb piksel səviyyəli təsvirin redaktə tapşırıqlarına uyğunlaşdırıla bilər.
Məsələn, bu proqram vasitəsi ilə fotoşəkildəki müəyyən obyektləri fərqli bir formada dəyişdirmək və ya onların daha parlaq görünməsini təmin etmək mümkündür.
Model multimodal dil modellərinin (LLM) iki fərqli istifadə mexanizimini birləşdirir.
Model əvvəlcə istifadəçi əmrlərini necə şərh edəcəyini öyrənir. Sonra o, redaktənin necə görünəcəyini təsvir edir.
MGIE fotoşəkilin redaktə prosesini çox sadə edir. Belə ki, siz yalnız şəkildə dəyişmək istədiyiniz hissələr haqqında yazaraq məlumat verirsinizvə proqram istəyə uyğun olaraq fotoda dəyişiklik edir.
