"Apple"ın bu yaxınlarda təqdim etdiyi qarışıq reallıq eynəkləri şirkətin səhmlərinin qiymətlərini artırıb.

İndex.az xəbər verir ki, "Vision Pro"nun elanı sayəsində "Apple"ın bazar dəyəri 3 trilyon dollara yaxınlaşıb.

Belə ki, "Apple" səhmləri 1,6% artaraq 183,79 dollara çatıb.

Şirkətin önümüzdəki həftələrdə 3 trilyon dollar həddini keçəcəyi gözlənilir.