"Apple"in Hindistan istehsalı olan ilk "iPhone 15" modellərini satışa çıxaracağı iddia edilir.

İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, "Apple" Cənubi Asiya ölkələri və bəzi digər bölgələrdə satışa Hindistan istehsalı olan "iPhone 15" modellərini təqdim etməyi planlaşdırır.

"iPhone 15"lərin əksəriyyəti Çindən gəlsə də, bu yenilik, ilk dəfə Hindistanda yığılmış cihazın satışa çıxarılacağını göstərir.

"Apple"in bu addımı Hindistanın artamaqda olan istehsalını gücləndirsə də, eyni zamanda "Apple"in dünya üzrə Çin istehsalı olan cihazların satışı ilə bağlı əvvəlki strategiyasından əhəmiyyətli dərəcədə uzaqlaşacağına diqqət çəkir.