Bəzi "Apple Watch Ultra" istifadəçiləri saatın ekranının zəif işıqda görünməsinin çətin olmasından şikayətlənirlər.

İndex.az xəbər verir ki, "Apple Support" forumlarında "Apple Watch Ultra" ekranındakı məlumatların qaranlıqda oxunmaması ilə bağlı çoxlu şikayətlər var.

Saatın ətraf işığı sensoru parlaqlığı lazımi səviyyəyə qədər yüksəlmir.

"Watch Ultra 2" istifadəçiləri bu vəziyyəti aparatla əlaqələndirsələr də, eyni şikayət birinci nəsil "Apple Watch Ultra" sahiblərindən də gəlir.

İstifadəçilər deyirlər ki, problem işıqlı otaqdan qaranlıq əraziyə sürətlə keçərkən və "Wayfinder" ilə "Ultra" saat üzləri gecə rejiminə qoyulduqda xüsusilə nəzərə çarpır.