"Bloomberg"in əməkdaşı Mark Qurmanın yaydığı məlumata görə, "Apple" hazırkı "Apple Watch Ultra" üçün tünd titan örtükləri sınaqdan keçirib.

İndex.az xəbər verir ki, Mark Qurmanın sözlərinə görə, titan örtük istifadəçilər üçün əlavə xərclərə səbəb ola bilər.

"Apple" həm gəliri artırmaq, həm də müştərilərə daha çox seçim təqdim etmək üçün iki fərqli "Apple Watch Ultra" modelini bazara daxil etmək fikrindədir.

Bunlar isə çox güman ki, eyni qol saatlarının "Standart" və "Titan" variantları olacaq.